Müasir tipli restoran proqramı necə olmalıdır?

restoran-proqrami

Müasir tələbatları qarşılayan restoran proqramı ilk növbədə müştərinin istəklərini mətbəxə birbaşa çatdıra bilməlidir. Bununla da proqram ofisantın iştirakı olmadan sifarişi çatdırmış olur ki, bu da sifarişin anında məlum olmasına və müştərinin istəyinin daha tez hazırlanıb sifarişçiyə təqdim edilməsinə şərait yaranır. Müştərinin sifarişləri bir neçə qrupa bölünərək uyğun bölmələrə çatır. Məsələn, müştəri restoran proqramından menyulara daxil olub 1 ədəd ayran, 3 şiş kabab və 1 çoban salatı sifariş verdikdə:

  • ayran soyuducu olan otağa,
  • kabablar kababçıya
  • salat isə salatlar hazırlanan mətbəxə

sifariş edilir. Bu proses iki cür həyata keçə bilir. Restorana proqram yazılarkən sahibkar seçimini edir:

  1. ya sifarişlər birbaşa printer vasitəsi ilə uyğun bölmələrə çatdırılır,
  2. yaxud da uyğun bölmələrdəki monitorlar vasitəsiylə sifarişlər qəbul edilir. 

Restoran İdarəetmə Sistemləri (Restoran Avtomatlaşdırma Sistemləri) daha əvvəllər yalnız kompüter üzərində çalışırdısa, indi artıq müasir tələbatları qarşılamaq üçün mobil cihazlar (telefonlar), planşetlər və bu kimi bir çox qurğular üzərində çalışaraq daha səmərəli fəaliyyət göstərə bilirlər. Otel proqramları (Otel Avtomatlaşdırma Sistemləri) daxilində də restoran proqramı mütləq olmalıdır və bütün sifarişlər avtomatlaşdırılaraq düzgün hesabatlar alınmalıdır. Adi restoran proqramı ilə  otel daxilindəki restoran proqramının əsas fərqindən biri isə sifarişin masaya deyil, birbaşa otağa da göndərilməsinin mümkün olmasıdır. Bu zaman ödənişlər də fərqli zamanlarda alına bilir. Belə ki, restoranda müştəri masadan qalxmazdan əvvəl ödənişi ödəyir, oteldə isə müştəri otaqdan ayrılarkən ödəniş alınır.

TECHNOMEN milli proqram şirkəti olaraq ən müasir otel və restoran proqramını dəyərli müştərilərimizə təqdim etməklə çox sayda restoran, otel, idman və fitnes zalları, üzgüçülük mərkəzləri və bu kimi digər biznes mərkəzlərini avtomatlaşdırıb müştərilərimizi məmnun etməkdən qürur duyuruq!

Hashtags: #restoranproqrami, #bakidarestoranproqrami, #restoranproqramibaki, #azerbaycancarestoranproqrami, #ucuzrestoranproqrami, #otelproqrami, #erkiperproqrami, #aras, #azvapa, #idmanzaliproqrami, #sportzalproqrami, #restoranucunproqram