Xəstəxanalar üçün milli Tibb Bacısı Çağırış Sistemi
TECHNOMEN Tibb Bacısı Çağırış Sistemi Azərbaycanın ilk milli Tibbi çağırış sistemidir. Cihaz və proqram yerli mütəxəssislər tərəfindən hazırlanmışdır. Bu sistem xəstəxanalar, qocalar evi, bağçalar kimi qurumlarda məsul şəxslərin təcili yardım istəyindən anında xəbərdar olması, xəstəyə müdaxilə zamanının tezləşdirilməsi və xəstə istəklərinə cəld cavab verilməsinin təmin edilməsi məqsədi ilə istehsal edilmişdir. Əksər analoq sistemlərdən fərqli olaraq bu sistem hesabat vermə imkanına sahibdir. Bununla da xəstəyə xidmətin keyfiyyəti ölçülə bilinir. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya bilərsiz